“Putinə dözmək qəbuledilməzdir”

0
636

“Amerikanın yeni prezidenti Rusiya ilə bağlı daha sərt xətti tutmalıdır, çünki status-kvo qəbuledilməzdir”.

 

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş müdafiə naziri, Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) sabiq direktoru Robert Qeyts bildirib.

 

“Rusiya prezidenti Vladimir Putinin etmək istədiyi hər şeyə dözmək qəbuledilməzdir. Buna görə də hesab edirəm ki, yeni prezident bu münasibətləri başqa mövqelərə çıxarmağa cəhd etməlidir. Hər şey ondan başlanmalıdır ki, Putin səbrin sona gəldiyini və onun müdaxilələri ilə barışmağa hazırlaşmadığımızı anlamalıdır”, – CİA-nın sabiq başçısı deyib.

 

Qeyts etiraf edib ki, Putin vəziyyəti çox yaxşı başa düşür və hətta əlində pis kartlar olmasına baxmayaraq, çox məharətlə oynayır

BIR CAVAB BURAXIN