Rusiyadan erməni separatçılarına daha bir dəstək

0
667

Tarixi Muzeyi Rusiya Dövlət Ermitajına etiraz məktubu göndərib
Sentyabrın 22-də AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının iclası keçirilib. Muzeydən APA-ya verilən məlumata görə, iclasda Rusiya Dövlət Ermitajında 26-29 sentyabr tarixlərində keçiriləcək II Beynəlxalq Şərq numizmatikası konfransının proqramına A.Akopyanın və P.Petrovun “Şərqi Ermənistan xanlıqlarında (İrəvan, Naxçıvan, Qarabağ, Gəncə) sikkə işi (1747-1827)” adlı məruzəsinin daxil edilməsi ilə bağlı Ermitajın direktoru M.B.Piotrovskiyə və konfransın təşkilat komitəsinə müraciət qəbul olunub.

Müraciətdə əsassız iddialara söykənən məruzə müəlliflərinin əzəli Azərbaycan torpaqlarını qondarma “Şərqi Ermənistan” adı altında təqdim etməsinə etiraz bildirilib.
Sənəddə qeyd olunub ki, bu cür iddialar tarixi həqiqətə, ilk mənbələrə ziddir və növbəti erməni təxribatının bariz nümunəsidir. Müraciətdə Elmi Şuranın üzvləri A.Akopyanın və P.Petrovun məruzəsinin konfransın proqramından çıxarılmasını tələb ediblər.

5a1084b75f6f99749db347a669594227

BIR CAVAB BURAXIN