“Koza Nostra”nın “boslar bosu” öldü

0
555


 

İtaliya mafiyası “Koza Nostra”nın keçmiş rəhbəri Toto Rina vəfat edib.

Arazinfo.com Axar.az-a istinadən xəbər verir ki, Rinanın 87 yaşında Parma şəhərində vəfat etdiyi açıqlanıb.

Qeyd edək ki, Rina İtaliya mafiyasının son lideri olub. O, 1993-cü ildə həbs edilib. 40 nəfərin ölümü və yüzlərlə qətlin sifarişini verməkdə ittiham edilən Rina 26 il həbs cəzasına məhkum olunub.

“Koza Nostra” XIX əsrdə Sicilyada yaranıb. XX əsrdə bu qruplaşma beynəlxalq cinayət təşkilatına çevrilib. Əsas fəaliyyət nöqtəsi ABŞ olan “Koza Nostra” uzun illər burada öz təsirini qorumağı bacarıb. Bir zamanlar mafiya hətta ABŞ-da paralel dövlət səviyyəsinə qədər qalxa bilib. 80-ci illərin ortalarında mafiya daxilindəki ailələr arasındakı münaqişələr “Koza Nostra”nı zəiflədib, onun beynəlxalq cinayət qruplaşması olma statusunu yox edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

twelve − 1 =