Sentyabrın 7-də Suriya ərazisində endirilən hava zərbəsi nəticəsində İŞİD terror qruplaşmasının liderlərindən biri məhv edilib.
“Reuters” agentliyinin verdiyi xəbərə görə, bunu Pentaqonun nümayəndəsi Piter Kuk bəyan edib.
“İŞİD-in “informasiya naziri” hesab edilən Salman əl-Fayad Rakka şəhəri yaxınlığında məhv edilib”, – deyə P.Kuk bildirib.