Parisdə kütləvi toqquşma: yaralılar var

0
344

Parisdə əmək qanunvericiliyində dəyişiklik edilməsinə qarşı çıxış edən etirazçılar və polis əməkdaşları arasında qarşıdurma olub.

“Frans Press”in verdiyi xəbərə görə, qarşıdurma nəticəsində beşi polis olmaqla, altı nəfər xəsarət alıb.

Polislərdən biri yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, qarşıdurma zamanı 12 nəfər saxlanılıb.

Etiraz aksiyasında 40 minədək insan iştirak edib. Asayişin qorunmasına 1200 polis əməkdaşı cəlb olunub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

19 + fourteen =