Avropa İttifaqı (Aİ) ölkələrinə Ukrayna və Gürcüstan vətəndaşlarının vizasız səfəri məsələsi bu il oktyabrın 11-də qurumun Şurasında müzakirə olunacaq.
Bunu Ukrayna xarici işlər nazirinin Avropaya inteqrasiya məsələləri üzrə müavini Olena Zerkal yerli “5kanal” TV-yə müsahibəsində bildirib.
“Vizasız rejim məsələsinə Avropa İttifaqının daxili ədliyyə işləri üzrə Şurasının iclasında da baxılmalıdır. Şura oktyabrın 11-də toplanacaq. Ukrayna və Gürcüstana vizasız rejim mexaniziminin təqdimatı məsələsi isə hələlik gündəlikdə deyil”, – deyə, o vurğulayıb.