Gürcüstan rüşvət məsələsində təmiz ölkələrdən birinə çevrilib

0
566

11

Antirüşvət TRACE təşkilatının son hesbatında deyilir ki, “korrupsiya, rüşvət və bəxşiş” bütün dünya üzrə yüksəlişdədir və narkotik maddə və insan qaçaqmalçılığı kimi daha böyük bəlalara yol açmaqda davam edir”.

Qlobal ÜDM-in 5 faizi və ya 1, 5 trilyon dollar hər il rüşvət formasında əldən-ələ keçir.

Təşkilatın prezidenti Alexandra Wrage bildirib ki, burada söhbət təkcə puldan getmir, narkotik maddələrin nəqli, insan alveri və hətta terrorizm də rüşvətsiz mümkün deyildir.

TRACE bildirir ki, ikicə il əvvəl, 2014-cü ildə dünyanın 32 ölkəsi rüşvət riski ilə üzləşirdisə, bu gün onların sayı 60-dır.

Hesabatda ölkələrin rüşvət reytinqi “ən təmizdən” “ən rüşvətxoradək” 1-100 bal arasında qiymətləndirilib.

İsveç “ən təmiz ölkə” kimi 10 balla reytinq cədvəlinin birinci pilləsindədir. İkinci yeri 15 balla Yeni Zelandiya, üçüncü yeri isə 17 balla Estoniya tutur.

Dünyada rüşvət riski ən böyük olan ölkə kimi Nigeriya 99 balla cədvəlin axırındadır.

TRACE bildirir ki, Rusiya builki sıralanmada “daha təmiz” pillədədir. O son iki ildə koprrupsiya riski balını 65-dən 58-ə endirib.

Türkiyə 55 balla 79-cu, İran isə 73 balla 157-ci pillədədir.

Çin hay-küylü antikorrupsiya kampaniyasına baxmayaraq 66 balını (130-cü yer) qoruyub saxlayıb.

Hesabata görə hətta Birləşmiş Ştatlarda da rüşvət riski azacıq artıb, amma bu ölkə hələ də İsveçə Svazilenddən daha yaxın pillədədir.

Bununla belə hesabatda deyilir ki, rüşvətə dünya şirkətlərinin münasibəti dəyişməkdədir. İndi daha çox şirkət rüşvətli biznesə pis biznes kimi baxır.

Azərbaycan TRACE-in 2014-cü ildəki reytinqə 140-cı pillədən (67 bal)123-cü (65 bal) pilləyə qalxıb. Reytinqdə elə eyni 65 balla Azərbaycanın qonşuları Kuba və Albaniyadır.

Ermənistan 87-ci yerdən 64-cü pilləyə yüksəlib və rüşvət riski balından ikisini ata bilib. İndi bu rəqəm 61-dir.

Qazaxıstan 65 risk balı ilə121-ci,Türkmənistan 66 balla 131-ci, Ukrayna 67 balla 133-cü, Moldova 70 balla 144-cü, Qırğızıstan 71 balla 148-ci, Tacikistan 75 balla 159-cu, Özbəkistan 78 balla 177-ci pillədədirlər.

Keçmiş SSRİ üzrə Estoniyanı çıxmaq şərti ilə ən az rüşvət riski Gürcüstanda qeydə alınıb.

Bu ölkə 28 balla 13-cü yeri tutur və İsveçrə, Böyük Britaniya, Avstriya, ABŞ və Almaniyanı da geridə qoyub

BIR CAVAB BURAXIN