Əli Rəbbi:”İranda ictimai-siyasi vəziyyət normal məcraya dönür”

0
388

İran haqqında yayılan yalan məlumatlara baxmayaraq, ölkədə həyat normal məcraya dönüb.

Azərtac xəbər verir ki, bu sözləri İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbbi deyib.

Onun sözlərinə görə Qərb mətbuatının kütləvi etirazların davam etməsi və polislə qarşıdurmada ölənlərin sayının artması haqqındakı xəbərləri həqiqəti əks etdirmir. Artıq Tehranda və digər böyük şəhərlərdə ictimai-siyasi sabitlik bərpa olunub. Hökumət etirazları nəzərə alaraq əhaliyə benzinin qiymətinin qalxmasına görə kompensasiya verilməsi üzərində iş aparır. Yaxın günlərdə İranda internetə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılacaq.

Qeyd etmək lazımdır ki, İranda benzinin qiymətinin artmasına etiraz edənlər iki qrupdan ibarət olub. Bir qrup əhali dinc aksiyalar keçirərək hökumətin bu addımına etirazlarını bildiriblər. Prezident Həsən Ruhani də hökumət üzvlərinin iştirakı ilə keçirilən təcili toplantıda da vurğulayıb ki, xalqın etiraz və aksiya keçirmək hüququnu tanıyırıq. Lakin digər qrup xaricdən dəstək alaraq benzinin qiymətinin artmasından sui-istifadə edərək sabitliyi pozmağa cəhd edib. Onlar bankları, benzin doldurma stansiyalarını, böyük ticarət mərkəzlərini dağıtmağa və ictimai nəqliyyat vasitələrini yandırmağa başladılar. Əlbəttə ki, belə barbarlığın və qanunsuzluğun qarşısı alınmalı idi.

İran xalqı baş verən hadisələrin heç də onun mənafeyinə uyğun olmadığını anladıqdan sonra xarici müdaxilənin əleyhinə olaraq yürüş keçirdi. Xatırladaq ki, iğtişaşlar zamanı həbs edilənlərin əkssəriyyəti azadlığa buraxılıb. Lakin xarici dövlətlərdən göstəriş alaraq dövlət və ictimai binaları dağıdanlara, ölkədə ictimai sabitliyi pozmağa cəhd edənlərə qarşı hüquqi ölçülər götürüləcək. Onlar məhkəmə qarşısına çıxarılaraq mühakimə olunacaqlar.

Hazırda dağıdılan binalar bərpa edilir və dəyən zərər müəyyənləşdirilir. İranda ictimai-siyasi vəziyyət normal məcraya dönür.

Arazinfo.com