Oğurladığı 5 milyonu görün nəyə xərcləyib

0
567

“Oğurladığı 5 milyonu görün nəyə xərcləyib  -  Video

ABŞ-ın Kaliforniya ştatında yaşayan vətəndaşın oğurladığı pulları xərclədiyi yerlər mətbuatın diqqətini çəkib.

Qafqazinfo” “The Washington Post”a istinadən xəbər verir ki, 48 yaşlı Kevin Lee Co işlədiyi şirkətdən 5 milyon dollara yaxın pul oğurlayıb. O, bunu 2008-ci ilin mayından 2015-ci ilin martına kimi edib.

Diqqət çəkən əsas məsələ isə Kevin oğurladığı pulun  1 milyon dollarını “Game of War” adlı mobil onlayn oyuna xərcləməsi olub.

Bundan əlavə o, pulları lüks maşınlara, NBA sezon oyununa biletlərə, xüsusi qolf klublarına üzv olmağa və digər əşyalara xərcləyib. Onun qısa müddət ərzində zəngin həyat tərzinə keçməsi iş yoldaşlarının da diqqətini çəkib.

Kevin Lee Conu etdiyi cinayətə görə 20 il həbs cəzası gözləyir.

BIR CAVAB BURAXIN