Çıxa bilmirəm, bilirəm ki, ağlayacam. Anam heç vaxt məni qoymazdı ki, ağlayam.
Kult.az xəbər verir ki, bu sözləri əməkdar artist Nüşabə Ələsgərli efirdə az görünməsi haqda danışarkən deyib. O, hələ də özünə gələ bilmədiyini bildirib:
“Çox qısa zaman kəsiyində iki doğmamı itirdim. Özümə qapandım. Mənə deyirlər ki, niyə efirə çıxmırsan? Çıxa bilmirəm, bilirəm ki, ağlayacam. Anam heç vaxt məni qoymazdı ki, ağlayam. Bu formada görünmək istəmirəm. Efirə belə çıxmaqdansa, çıxmamaq yaxşıdır. Əvvəl lap pis idim. Zaman yaraları sağaltmır. Bacım mənə Kisa deyirdi. Film mahnıları oxumağımı istəyirdi. Onun sözü ilə “Uşaqlığın son gecəsi”ndəki mahnını 1995-ci ildə oxudum. Çox adam heç onun sözünü bilmirdi. Məni kökəlməyə qoymurdu. Bir bacım mənə Kisa, o biri Hədiyyə, anam isə Söylü deyirdi”.