ABŞ Qolodomoru ukraynalıların soyqırımı kimi tanıyıb

0
271

ABŞ senatının qəbul etdiyi qətnaməyə əsasən 1932-1933-cü illərdə baş verən Qolodomor (Aclıq) ukraynalıların soyqırımı kimi tanınıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə Deutsche Welle qəzeti yazıb.

Qətnamədə 1932-1933-cü illərdə Moskvanın Ukraynadakı azadlıq hərəkatını boğmaq  məqsədlə düşünülmüş şəkildə əhalini aclığa məruz qoyduğu və nəticədə 5-6 milyon insanın öldüyü vurğulanır. Sənəddə o dövrdə Ukraynadakı Qolodomor qurbanlarının xatirəsi hörmətlə anılır və bir daha bu hadisələrin təkrarlanmasının yolverilməzliyi vurğulanır.

Öz növbəsində Vaşinqtondakı Ukrayna səfirliyi Qolodomorun ukraynalıların soyqırımi kimi tanınmasına görə ABŞ senatına və qətnamənin müəllifləri Robert Portmana və Rıçard Durbinə təşəkkür edib.  Səfirlikdən bildiriblər ki, belə bir sənədin qəbul edilməsi ABŞ-ın Ukraynanı özünün strateji müttəfiqi hesab etdiyini bir daha təsdiq edir.

 

 

 

 

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

5 × 3 =