“Traktor Sazi” finalda – Video

0
672

““Traktor Sazi” finalda - Video

Futbol üzrə İran kubokunda yarımfinal qarşılaşmaları keçirilib.

Qafqazinfo” xəbər verir ki, Cənubi Azərbaycanın “Traktor Sazi” klubu səfərdə “Zob Ahan”ın qonağı olub.

Görüşün əsas vaxtı 1 – 1 hesablı bərabərliklə başa çatıb. Əlavə vaxtda Təbriz təmsilçisi 2 dəfə fərqlənməyi bacarıb. Meydan sahibləri buna yalnız 1 qolla cavab verə biliblər. Beləliklə, 3 – 2 hesablı qələbə qazanan “Traktor Sazi” İran kubokunun finalına yüksəlib.

“Traktor Sazi” finalda “Neft Tehran”la üz-üzə gələcək. Oyun mayın 23-də keçiriləcək.

“Zob Ahan” – “Traktor Sazi” 2:3

Qollar: Salar Paladin, 44. Cerri Benqtson, 120+1-pen – Fərzad Hatəmi, 90. Məhəmməd İbrahimi, 93. Məhəmməd Nuri, 120+2.

Qırmızı vərəqələr: Morteza Təbrizi, 70 – Karrar Jassim, 112

https://youtu.be/e_z0Te-UQqk

BIR CAVAB BURAXIN