Xalq-Dövlət birliyi

0
1449

Xalq-Dövlət birliyi

2020-ci ildə 44 günlük vətən müharibəsi Azərbaycan xalqının birliyini bir daha dünyaya sübut etdi. Qazanılmış qələbə xalqımızın qürurunu artırdı. İki ildən çox müddət keçməsinə baxmayaraq bu birliyə hər zaman ehtiyacımız var. Ölkə daxilində və xaricində Azərbaycanı istəməyən qüvvələr çoxdur. 2022-ci ilin sentyabr ayının 12-dən 13-nə keçən gecə baş verən erməni təxribatı bunu bir daha sübut etdi. Xalq-iqtidar birliyi və güclü ordumuz düşmənə layiqli cavab verdi. Buna baxmayaraq erməni təxribatı hələ də davam edir. Münaqişənin davam etməsi daha çox Ermənistan dövlətinin ziyanınadır. Əgər Ermənistan revanşiz mövqeyindən əl çəkməsə cənab prezidentimiz söylədiyi kimi “Dəmir Yumruq” öz gücünü göstərməkdə davam edəcək.

 

Zərdab rayon Yuxarı Seyidlər kənd adına tam orta məktəbin direktoru- Qabil Məmmədov