Niyə Avropa Fələstini dəstəkləyir? –Qərbin qorxduğu amillər

0
332
 

 

 

Gözlənildiyi kimi Trampın bəyanatı Fələstin sakinləri və onların müttəfiqlərinin qəzəbinə səbəb olub. Ancaq Avropanın qəzəbli reaksiyası gözlənilən bir şey deyildi (bəlkə də yox). Belə bir təəssürat yaranır ki, Trampın bəyanatına görə Avropa ərəb ölkələrindən daha çox dilxor olub. Avropa liderləri hətta birgə bəyanatın dərc edilməsini də götür-qoy ediblər. Bəyanat Amerika prezidentinin bəyannaməsini rədd etməli və Qüdsün İsrailin paytaxtı kimi tanınmasını inkar etməli idi.

Avropanın İsrailə qarşı mövqeyi həmişə keçmişdə baş verən hadisələrin təsiri altında olacaq. Avropa həmişə İsrailə yəhudi xalqının dövləti kimi baxacaq. 30-cu illərdə bir çox Avropa ölkəsində “Yəhudilər, rədd olun Fələstinə!” şüarı geniş yayılmışdı. Hazırda başqa şüar dəbdədir: “Yəhudilər, Fələstindən rədd olun!”Və yenə də belə bir sual meydana çıxır: Avropanı fələstinlilərin xeyrinə yenidən resurs və səylərini birləşdirməyə nə məcbur edir? Həmişə olduğu kimi praqmatik Avropada bu sualın cavabı yəhudilərə nifrət və ərəblərə xüsusi rəğbət deyil. Söhbət avropalı siyasətçilərin kifayət qədər utanmaz və soyuq niyyətindən gedir. 

Avropanın müstəqilliyə can atan kürdlərə qarşı münasibətində də eyni niyyət yatır. Halbuki Avropa kürd xalqının istəyinə daha həssas davranmalıdır. Lakin Avropanı ilk növbədə Avropanın özü maraqlandırır. Söhbət iqtisadi maraqların kombinasiyasından gedir. Keçmişdə bu, neft idi, indi isə ərəb ölkələri ilə ticarət və regiona investisiyadır. Son vaxtlar isə müharibə şəraitində olan Yaxın Şərq ölkələrindən miqrant axınına görə yaşanan qorxulardır. Üstəlik Avropa dövlətlərindəki müsəlmanlar böyük elektoral qüvvəyə çevrilib. Və siyasətçilər bununla hesablaşmalı olurlar. Avropa, həmçinin islam terrorundan ehtiyatlanır. Onlara elə gəlir ki, bu təhlükənin səbəbi Yaxın Şərqdəki qeyri-sabitlikdir.

Yaxın Şərqdə sabitliyin bərpa edilməsini Avropa özünün prioritet məsələsi hesab edir. Avropa liderləri hesab edirlər ki, bu cür sabitliyi yalnız diktator rejimləri təmin edə bilər. Avropalıların fikrincə, məhz bu cür xarakteristikaya malik liderlər ölkələrinə potensial miqrant axınını dayandıra və terrorla mübarizə apara bilər.

Və elə bu məqamda aydın olur ki, Avropa hələ də Yaxın Şərqdə sabitliyin açarını ərəb dünyasının sosial, dini və iqtisadi problemlərini həll etmək deyil, Fələstin-İsrail münaqişəsinin tənzimlənməsində görür. Avropalılara elə gəlir ki, onlar Fələstini razı sala bilsələr, onda o da öz növbəsində İsraillə sülh sazişi imzalayacaq, radikal islam yox olacaq, terror və müsəlman qaçqınların Avropaya axını dayanacaq.

Avropanın Yaxın Şərq münaqişəsində ardıcıl siyasətinin səbəbi budur.Eyal Ziser-“İsrael Hayom”

strateq.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

17 − two =