Aşurada qanında infeksiya aşkarlananlar müalicə olunacaqmı?

0
583

“Aşura günü könüllü qan verənlərdən qanında infeksiya aşkarlananlar anonim şəkildə müayinəyə cəlb olunacaqlar”.

Bunu “Report”a B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Onun sözlərinə görə, həmin insanların qanında infeksiya aşkarlanması onların qorxulu xəstə olması demək deyil: “Qan verən insanların qanı yoxlanıldı və onların arasından bəzilərinin qanında antitellər aşkarlandı. Bu, o deməkdir ki, onların qanından istifadə etmək olmaz. Qanvermə aksiyası zamanı donor olanların hər biri haqqında bizdə məlumat var. Qanında infeksiya aşkarlanan şəxslər anonim müayinə üçün çağırılacaqlar. Onlar Hepatit C, B, QİÇS, Sifilis xəstəlikləri ilə bağlı müayinə oluncaqlar”.

Z.Əlmirzəyeva bildirib ki, qanında problem aşkarlanan insanlar bundan sonra donor ola bilməzlər.

Xatırladaq ki, Aşura günü saat 9:00-dan 18.00-a kimi keçirilən qanvermə aksiyalarında 4 141 nəfər könüllü olaraq qan verib və nəticədə 1863,3 litr qan tədarük olunub. Qan verənlərdən 231 nəfərinin qanında infeksiya aşkarlanıb.

BIR CAVAB BURAXIN