Nikoqosyan ailəsi oğlunun Qrabağda ölməsini istəmədi

0
441
 

Marina Nikoqosyan 2003-cü ildən Barselonada yaşayır. O orada şəxsi bar açıb, müştərilərinə erməni və katalon mətbəxinin yeməklərini verir. Bu işdə ona uşaqları-Anna və Aram kömək edirlər.

Virtualaz.org-un Ermənistan bölməsi bildirir ki, bu barədə ispandilli “Lavoz de Galiciya” nəşri yazıb.

Doğrusu, ailə Ermənistanı məhz Arama görə tərk etməyə məcbur olub. Çünki Marina oğlunun orduya xidmət etməyə getməsinin və Azərbaycana qarşı vuruşmasının əleyhinə idi.

“Mən İspaniyaya öz oğlumun həyatını saxlamaq üçün gəldim. Mən istəmirəm ki, oğlum Qarabağda ölsün. Onda onun hələ cəmi 11 yaşı vardı. Amma ləngimək olmazdı, çünki 14 yaşı tamam olsaydı, onu ölkədən buraxmazdılar”, – Marina danışır.

Qadın, həmçinin erməni ordusundakı dəhşətli vəziyyətdən şikayət edir, harada ki, komandirlərin özbaşınalığından əsgərlər tez-tez həlak olurlar.

İndi Aramın artıq 24 yaşı var. Marina bir çox erməni analarından fərqli olaraq, öz oğlunun həyatını saxlaya və ona işıqlı gələcək təmin edə bilib. Marinanın 26 yaşlı qızı Anna isə ərə getməyə vaxt tapıb, hətta uşaqları da var.

Marina özünün Ermənistandan uzaqdakı xoşbəxt həyatı haqda jurnalistlərə uzun-uzadı danışmaqdan yorulmur.

Virtualaz.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

19 − 16 =