Türküstanın ən azad ölkəsi yox olur: Yeni diktator

0
611


 

Bəzi kütləvi informasiya vasitələri mənə qarşı yalan kampaniya apararaq, ölkədəki stabilliyi pozmaq istəyirlər.

Axar.az xəbər verir ki, bu barədə bəyanatı Qırğızıstan Prezidenti Almazbek Atambayev öz saytı vasitəsilə yayıb.

“Müxtəlif KİV-lər və sosial şəbəkələrdə bir neçə ildir ki, mənə qarşı məqsədyönlü şəkildə yalan kampaniyası aparılır. Bu kampaniya keçən ilin yayından etibarən güclənib. Belə kampaniyanın məqsədi noyabrda keçiriləcək prezident seçkisi öncəsi ölkədəki situasiyanı destabilizasiya etməkdir. Lazımi orqanlar azadlıq uğrunda mübarizə aparan bu psevdomübarizlərə qanunun hər kəs üçün vacib olduğunu anlatmalıdırlar. Hazırda bizim ölkəyə sülh və stabillik lazımdır”, – o bildirib.

Qeyd edək ki, Qırğızıstan Mərkəzi Asiyanın ən azad ölkəsi sayılır. Maraqlı məqam odur ki, son zamanlar Atambayev bu azad ölkədə öz rəqiblərinə qarşı təzyiqi gücləndirib. Bu, xüsusilə, yerli KİV-ə münasibətdə hiss olunur. Hətta bir müddət öncə Atambayev Rusiya Prezidenti Vladimir Putinin Qırğızıstana səfəri zamanı ölkənin əsas müxalifət lideri sayılan Omurbek Tekebayevi həbs etdirib.

 

BIR CAVAB BURAXIN