Moskva metrosunun 3 stansiyasını su basıb

0
551

Moskva metrosunun 3 stansiyasında bu gün səhərdən hərəkət dayandırılıb.

Arazinfo.com-un rambler.ru-ya istinadən verdiyi xəbərə görə, buna səbəb  Moskva metrosunun “Seliqerskya”, “Verxnie Lixoborı” və “Okrujnoe” stansiyalarına su dolmasıdır. Öz növbəsində Moskva metrosunun mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki,  hazırda hər üç stansiya sudan təmizlənir və bu işə 100-dən artıq adam, 20-yə yaxın texniki vasitələr cəlb edilib. Məlumatda yaxın 1-2 saat ırzində hər üç stansiyanın sudan təmizlənəcəyi və hərəkətin bərpa ediləcəyi bildirilir.