MKİ-dən Trampa xəbərdarlıq: Müsəlmanlar qəzəblənəcək

0
544


 

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) müsəlmanlarla bağlı Prezident Donald Trampa xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, bu barədə “Poltikio” nəşri məlumat əldə edib.

Belə ki, kəşfiyyat Müsəlman Qardaşları (İhvan) hərəkatını terror təşkilatı elan etməyə cəhd edən Trampa xəbərdarlıq göndərib.

MKİ-nin hesabatında İhvan hərəkatının İŞİD və Əl Qaidə kimi terror qruplaşmaları ilə heç bir əlaqəsinin olmadığı və hətta onlara qarşı çıxdığı bildirilib:

“Çox az radikal İhvan üzvü tapılar. Adətən rejimin basqısı, xarici təhlükə və daxili savaşlar zamanı onlar radikallığa meyl edirlər. Bu qruplaşmanın terror siyahısına salınması müsəlmanların qəzəbinə səbəb olacaq. Verilən qərar İordaniya, Tunis, Küveyt və Mərakeş kimi ölkələrdə qeyri-sabitlik yaradacaq”.

Qeyd edək ki, Tramp çıxışlarından birində Müsəlman Qardaşları hərəkatını da terror təşkilatı elan edəcəyini istisna etməmişdi.

 

BIR CAVAB BURAXIN