Karlov öldürülərkən silahlı mühafizəçisi harda idi?

0
534

“Xüsusi silahlı qüvvələr xaricdə olan rus diplomatik nümayəndələrin təhlükəsizliyini yalnız səfirlik ərazisində təmin edirlər”.

Bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

“Belə bir qayda var ki, səfirliyin silahlı mühafizəçisi yalnız o səfirliyin ərazisində xidmət göstərir. O, silahla kənara çıxmır. Problem bundadır”, – deyə Putin vurğulayıb.

Rusiya prezidentinin sözlərinə görə, bu qayda səfir Andrey Karlovun qətlə yetirildiyi nəinki Türkiyə ərazisində, həm də bir çox ölkələrdə mövcuddur.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankara Müasir Sənət Mərkəzində silahlı şəxs tərəfindən güllələnib. Xəstəxanaya yerləşdirilən səfir oradaca vəfat edib. Qatil isə polis özəl hərəkatı tərəfindən zərərsizləşdirilib.

Rusiya XİN cinayət hadisəsini terror aktı kimi dəyərləndirib.

Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi qaldırıb.

BIR CAVAB BURAXIN