Ərəblərin türkə xəyanətinin sonu – Qüds

0
1213

9 dekabr, 1917 idi. İngilis ordu komandiri Allenbi Yafa Qapısında avtomobilindən düşdü, addımlayaraq mərasim tağımını salamlayaraq Qüdsə girdi.

Yafa Qapısı Qanuni Sultan Süleyman tərəfindən inşa edilmişdi. Londonda Vestminister Katedralının zəngləri çalınırdı, Parisdə Notr Dam kilsəsində xüsusi ayin hazırlanırdı, Papa bütün dünyaya mesaj göndərirdi. “Türklərə yardım edən hər hansı bir xristian dövlət olarsa, dərhal məhv ediləcəyini” çatdırırdı.

30 min övladımızı şəhid verdik orada. Qüdsü itirməyimizə ən çox ərəblər sevinmişdi.

İngilis casus Laurens tərəfindən idarə edilən ərəblər türklər getdiyi, ingilislər gəldiyi üçün dua edirdilər.

“Deyli Teleqraf” qəzeti adından Qüdsə gəlmiş ingilis jurnalist V.T. Massi kövrək cümlələrlə yazırdı: “Türk ordusunun ərəb zabiti Qırmızı Xaç Xəstəxanasına gətirilmişdi, “Yaşasın İngiltərə” deyə qışqırırdı!”

Ərəblər özləri-özlərinə bir əfsanə uydurmuşdu, bu əfsanəyə görə, bir peyğəmbər Nil çayının suyunu Fələstinə gətirdiyi zaman türklər Qüdsdən çıxarılacaqı;

Bu yalan inanca əsaslanıb general Allenbiyə “Allah peyğəmbəri” deyirdilər.

Türkləri Qüdsdən çıxaran ingilis generala “peyğəmbər” kimi baxırdılar! Allenbi Qüdsə girdi. Çox qısa danışdı. “Xalq sevinclə qarşıladı, səlib yürüşləri başa çatdı” dedi!

Mustafa Kamal o sırada Fələstindəydi, Şəria dənizinin sahillərində vuruşurdu. İstanbuldakı yolaşlarına göndərdiyi məktubda, dramatik müşahidələrini yazırdı:

“Bu topraqlar şayani-mərhəmət (acınacaqlı) hala düşüb, vali yox, komandir yox, ingilis təbliğatı çox, ingilis xəfiyyə təşkilatı hər tərəfdə fəlaiyyətdə, yerli əhali bizim hökumətdən qorxur, ingilislərin yolunu gözləyir, hər gün təyyarələriylə bombadan artıq bəyannamələr atırlar, qatil düşmən vəsaitcə qüvvətli, biz isə onun qarşısında pambıq ipliyi…”.

Qüdsdə bu gün yaşananlar ərəb xəyanətinin nəticəsidir. Bu gerçək ortaya qoyulmadan, bu gerçəklə üzləşmədən, bu gerçəklərin işığında hərəkət etmədən; ərəblərlə birgə Qüds məsələsini çözə bilməmiz imkansızdan da imkansızdır.

Yılmaz Özdil

Bir saylı foto: Qüdsdə Osmanlı alay bayrağı;

İki saylı foto: Qüdsdə türk süvariləri;

Üç saylı foto, Qəzzada avtomat tüfəng bölməmiz;

Dörd saylı foto: Türk əsgəri Lut Gölünə qayıq daşıyır;

Beş saylı foto: Qərbi Şəriada türk əsgərinin çörək sobaları;

Altı saylı foto: Qüdsdə yaralılarımız;

Yeddi saylı foto: Qüds Qalalasında Türk Bayrağı;

Səkkiz saylı foto: İngilis ordu komandiri Allenbi və bizi kürəyimizdən vuraraq özünü kral elan edən Faysal!


Müəllif:

BIR CAVAB BURAXIN