Metropoliten işçisinə hücum edərək çantasını aldılar

0
614
Hadisə Xətai rayonu, Gəncə prospektində qeydə alınıb.

Həmzəyeva Maral Oktay qızı evinə gedərkən naməlum soyğunçu ona məxsus əl çantasını götürərək qaçıb.

Zərərçəkən qadın ərazi üzrə 36-cı polis bölməsinə müraciət edib və ərizəsində göstərib ki, aparılan çantada Bakı metropoliteninə məxsus xidməti vəsiqəsi və xeyli miqdarda pul olub.

Hazırda naməlum soyğunçunun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.Ölke.az

BIR CAVAB BURAXIN