Məscid rəhbərlərinə pulsuz ev veriləcək – RƏSMİ…

0
545
Özbəkistan Müsəlmanları Ruhani İdarəsinin ehtiyacı olan məscid imamları və əməkdaşları yenilənmiş standart layihələrə əsasən tikilmiş evlərlə təmin olunacaq.
Moderator.az bu haqda İslam saytlarına istinadla xəbər verir. Müvafiq fərman ölkə Prezidenti Şavkat Mirziyoyev tərəfindən “Dini-maarifləndirmə sahəsində fəaliyyətin köklü şəkildə təkmilləşdirilməsi tədbirləri haqqında” layihə çərçivəsində imzalanıb.
Bundan əlavə, Müsəlmanların Ruhani İdarəsi nəzdində “Vəqf” xeyriyyə ictimai fondu açılacaq. Həmin fondun vəsaiti hesabına müftiyyat əməkdaşlarına, o cümlədən məscid rəhbərlərinə əmək haqqı ödəniləcək.

BIR CAVAB BURAXIN