Putin 70-ci illərdə nə ilə məşğul olurmuş? – Şok faktlar

0
617

Vaxtilə SSRİ KQB-sində işləmiş hazırkı Rusiya prezidenti Vladimir Putin 1970-ci illərdə universitetdə tələbə olduğu zaman filmlərdə dublyorluq edirmiş.

Teleqraf.com xəbər verir ki, bu haqda Beynəlxalq Sambo Federasiyasının prezidenti və siyasi xadim Vasili Şestakov “Dojd” qəzetinə müsahibəsində deyib.

O bildirib ki, Rusiya dövlət başçısı universitet illərində pul qazanmaq məqsədilə filmlərdə dublyor olaraq işləyirmiş.

Şestakov hətta deyib ki, o özü 1972-ci ildə “Bataliyon” və 1974-cü ildə “Blokada” filmində Putinlə birlikdə alman əsgərini canlandıran rollarda oynayıblar.

Şestakov qeyd edib ki, bu işlərinə görə zamana uyğun olaraq normal pul qazanırlarmış: “Mühəndis kimi ayda 110 rubl (132 dollar) alırıdm. Ancaq filmlərdə işlədiyimiz üçün günə 75 rubl (95 dollar) qazanırdım. Həmin dövrə görə, bu çox yaxşı pul hesab olunurdu”.

BIR CAVAB BURAXIN