Jurnalistin sualı Putini utandırdı

0
598

Hindistanın Goa şəhərindən Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasından ibarət olan “BRICS” ölkə liderlərinin toplantısı keçirilib.

Toplantıda Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının dövlət başçıları iştirak ediblər.

Toplantını maraqlı edən əsas məsələ “BRICS” ölkə liderlərinin müxtəlif rənglərdə olan jiletləri geyinməsi olub. Toplantıda iştirak edən Rusiya prezidenti Vladimir Putin göy, Çin Xalq Respublikasının sədri Si Cinpin qırmızı, Braziliya prezidenti Mişel Temer tünd qırmızı, Cənubi Afrika Respublikasının prezidenti Ceykob Gedleyihlekisa Zuma isə yaş asfalt rəngli jiletlə jurnalistlərin qarşısına çıxıblar.

Vladimir Putin jurnalistin sualının cavabında əyninə geyindiyi göy rəngin mənasından xəbərsiz olduğunu bildirib:

“Mənasını bilmədiyim üçün utandım. Ancaq bu jiletləri biz seçmədik. Bizə təqdim olundu, biz də geyindik”.

Qeyd edək ki, Hindistan adət-ənənələrinə görə, göy gücün və şərə qarşı mübarizənin, qırmızı rifah və sevincin, tünd qırmızı zadəganlıq və zənginliyin, yaş asfalt rəng isə xoşbəxtlik və bərəkətin rəmzi sayılır.

Publika.az

BIR CAVAB BURAXIN