İstanbulda yenə partlayış olub

0
921

İstanbulda partlayışda 13 nəfər ölüb

Dekabrın 10-da axşam saatlarında “Beşiktaş Vodafone Arena” yaxınlığında partlayış olub. Partlayış Beşiktaş-Bursaspor maçı bitəndən sonra olub. Hürriyet qəzeti yazır ki, hücum polisləri hədəfləyib. Türkiyə daxili işlər naziri Süleyman Soylu bildirib ki, 20-yə yaxın yaralı var.

Reuters agentliyinə danışan şahid deyir ki, Arenanın kənarında 2 dəfə partlama səsi eşidib. Reutersin fotoqrafısa deyir ki, çoxsayda yaralı polis var.

Yaxınlıqdakı məsciddə təmizlikçi işləyən Ömər Yılmaz deyir:

“Mən məscidin həyətində çay içirdim. Birdən alov göyə qalxdı. Cəhənnəm kimi idi. Buradakı insanlar masaların altına gizləndilər”

Türkiyədə bu il bir neçə dəfə partlayışlar olub. Partlayışlarda əsasən PKK silahlıları və «İslam Dövləti» silahlı qruplaşması da ittiham olunub.

İstanbul

İstanbul

BIR CAVAB BURAXIN