26 yaşlı oğlan toyuna altı gün qalmış özünü zəhərlədi

0
582

Qaxda 26 yaşlı oğlan toyuna altı gün qalmış özünü sirkə turşusu ilə zəhərləyib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə,  rayonun Almalı kənd sakini, 1991-ci il təvəllüdlü Nofəl Məzahir oğlu Yusifov kəskin zəhərlənmə əlamətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib. MRX-dan APA-ya verilən məlumata görə, həkim müayinəsi zamanı məlum olub ki, 26 yaşlı Nofəl Yusifov hələki bilinməyən səbəbdən bilərəkdən sirkə turşusu qəbul edib. Nofəl Yusifova xəstəxanada lazımi tibbi yardım göstərilib, vəziyyəti ağır olduğu üçün müayinə və müalicəsini davam etdirmək üçün  Respublika Toksikologiya Mərkəzinə göndərilib.

Məlumatda o da bildirilir ki, Nofəl Yusifov nişanlı olub, oktyabrın 1-də qız toyu olub, ayın 8-də isə isə Nöfəlin öz toyu olacaqdı. Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.

BIR CAVAB BURAXIN