İsmayıllıda içərisində 3 nəfərin olduğu “Niva” çayda batıb

0
537

İsmayıllı rayonunda vətəndaşa məxsus “Niva” markalı minik avtomobili çayda batıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Girdiman çayının İsmayıllı rayonu ərazisindən keçən hissəsində “Niva” markalı minik avtomobili bataraq, içərisində 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobili sudan çıxarıb və vətəndaşlara müvafiq köməklik göstəriblər.

BIR CAVAB BURAXIN