IŞİD üzvü Artyom Aloyan həbs olunub

0
606

Türkiyənin Hatay vilayətində erməni əsilli Fransa vətəndaşı Artyom Aloyan həbs olunub.

 

Publika.az xəbər verir ki, A.Aloyanın adı Türkiyəyə girişi qadağan olan şəxslərin siyahısında var.

 

Ehtimala görə, Fransa vətəndaşı olan erməni İŞİD üzvüdür.

 

Axtarış zamanı onun Türkiyənin regionlarında baş verən toqquşmalarda iştirakını əks etdirən fotolar tapılıb. Həmçinin, A.Aloyanın üzərində kustar üsulla düzəldilmiş partlayıcılar, hücum planlaşdırılan yerlərin xəritələri çıxıb.

 

Məlumata görə, Aloyan yeziddir. 2002-ci ildə Fransaya köçüb. 2012-ci ildə İslamı qəbul edib və cihadda iştirak üçün “Cabxat əl-Nusra”nın tərkibinə qatılıb. 2015-ci ildə Türkiyə ərazisinə daxil olub.

 

A.Aloyan erməni, fransız, ərəb, rus, ingilis və kürd dillərini bilir.

BIR CAVAB BURAXIN