Azərbaycanda maşın nömrələri ilə bağlı yenilik

0
612

Azərbaycanda rayonlara verilən avtomobil seriya nömrələri mahiyyətini itirir. Belə ki, qanunvericiliyə görə vətəndaş qeydiyyatda olduğu rayondan asılı olmayaraq aldığı avtomobilin seriya nömrəsini dəyişmədən öz adına rəsmiləşdirə bilər. Həm də az məbləğli rüsumlar ödəməklə.

Xezerxeber.com-un məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Kamran Əliyev bildirib ki, sürücü qeydiyyatı dəyişmək üçün müraciət edirsə, hətta onun avtomobilinin texniki baxış müddəti bitməsə belə yenidən qeydiyyata salınmalıdır.

Avtomobilin seriya nömrəsi dəyişdirilmirsə, bu zaman mütləq alan və satan şəxsin razılığı olmalıdır.

Kamran Əliyevin sözlərinə görə, artıq avtomobilin seriyasına baxmaqla onun hansı rayonda qeydiyyatda olduğunu bilmək olmaz. Bunu yalnız mərkəzləşdirilmiş sistem vasitəsi ilə öyrənmək olar.

Bu qaydalar yeni alınan avtomobillərə şamil edilmir.

BIR CAVAB BURAXIN