Tramp erməni lobbisinə qarşı: “Soyqırım” niyə qəbul edilmir?

0
343

Respublikaçı senator Lindsi Qrehem Senatda “erməni soyqırımı” qətnaməsinin tanınmasına Ağ Evin xahişi ilə veto qoyub. Bu məlumatı “Axios” portalı yayıb. Məlumata görə, Qrehem Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Ağ Evin yüksək vəzifəli əməkdaşlarından biri ondan Senata dönüb, qətnaməyə veto qoymasını istəyib.

Qrehem də məlumatı dolayısı təsdiqləyib:

“Məndən qətnaməyə veto qoymağımı xahiş etdilər. Mən razılaşdım. Bunu etməyimin yeganə səbəbi Ərdoğanın şəhərdə olmasaydı. Bunun üçün əlverişsiz zaman idi. Mən çalışıram ki, ölkələrimiz arasındakı münasibətləri xilas edim”.

Qrehem bu qətnaməyə veto qoyan zaman narahat olduğunu və gələn dəfə bu qətnamənin lehinə səs verəcəyini bildirib.

Portal bununla belə keçən həftə “erməni soyqırımı” qətnaməsinin yenidən Senatda səsverməyə Menendes tərəfindən çıxarıldığını, amma bu dəfə veto üçün Ağ Evin senator Devid Perdyuya müraciət etdiyi qeyd edilib.

Arazinfo.com