İranın regional ambisiyası: Ruhaninin ayırdığı 11 milyard…

0
382

Prezident Ruhaninin İslam İnqilabı Keşikçiləri Korpusunun büdcəsinə 11 milyard dollar əlavə etməsi görünür, əhalinin narazılığına səbəb olub. İranın Yaxın Şərqdə əsas kəşfiyyat və hərbi mübarizə vasitələrindən olan İnqilab Keşikçiləri Korpusuna əlavə milyardlar verilməsi, ABŞ və İsrail qədər, sosial çətinliklərlə üzləşən əhalini də narahat edir.

Arazinfo.com-un verdiyi xəbərə görə, bu sözləri axar.az-a açıqlamasında politoloq Nəzakət Məmmədova deyib. O bildirib ki, Əhmədnejadın prezidentliyi dövründə İnqilab Keşikçiləri Korpusunun büdcəsi Silahlı Qüvvələrin büdcəsindən çox olurdu. Lakin Ruhani hakimiyyətə gələndən sonra əksinə proseslər baş verdi. Belə ki, Silahlı Qüvvələrin büdcəsi 23 faiz, İnqilab Keşikçilərinin büdcəsi isə cəmi 0,1 faiz artdı. Bəsicin büdcəsi isə 36 faiz azaldı.

Politoloq qeyd edib ki, Yaxın Şərqdə təhlükələrin, İranın isə liderlik ambisiyalarının davam etdiyi bir şəraitdə Ruhani əvvəlki siyasətində dəyişiklik edərək, adıçəkilən təşkilatların büdcəsini artırdı:

“Bunun isə nəticələri ortadadır. Xarici siyasət iddiaları daxildə dəstək görmürsə və ya xarici siyasət maraqlarının tələb etdiyi maliyyə dövlət büdcəsinə ağır yük olursa, o zaman iflas labüddür”.

Qeyd edək ki, İranda etiraz aksiyaları dekabrın 28-dən başlayıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

ten − two =