Yer kürəsi tərəfindən məskunlaşdırılması nəzərdə tutulan və gələcəkdə insanlar üçün ikinci vətənə çevrilməsi planlaşdırılan Mars günümüzdə belə özündə çoxlu sirləri gizlətməkdə davam edir. Bu baxımdan Amerika Kosmik Tədqiqatlar Agentliyi -NASA tərəfindən Marsda suyun aşkar edilməsi Yer kürəsi insanları üçün xoş bir hadisə hesab edilir. Qırmızı planetin səthində baş verənləri müntəzəm olaraq 3 orbital stansiya izləyir. Nəticədə hər il Marsla bağlı yeni sirlər ortaya çıxır. Əslində qeyd edək ki, Marsda insanların məskunlaşdırılması ilə bağlı məsələ yeni deyil. İlkin araşdırmalar göstərir ki, Marsda vaxtı ilə Yerdəki kimi həyat olub və sonralar hansısa səbəblərdənsə insanlar oranı tərk etməyə və bu məqsədlə uzaq planetlərə, o cümlədən Yerə üz tutmağa məcbur olublar. Bu baxımdan Marsın nüvə müharibəsi nəticəsində insanlar yaşamayan hala düşməsi, eyni zamanda vaxtı ilə orada yaşayanlarla kosmik məkandakı digər daha yüksək səviyyədə inkişaf etmiş sivilizasiya arasında baş verən müharibə nəticəsində onların, planetin məhv olduğu ehtimal edilir. Hər halda hərbi ekspertlərin əksəriyyətinin fikrincə Yer kürəsində nüvə müharibəsi baş versə, onda bizim plametimiz də eyni ilə Marsın taleyini yaşayaraq onun gününə düşəcəklər. Ona görə də Marsda aşkar edilən hər bir yenilik tədqiqatçılara bu qitə barəsində daha geniş məlumat almağa, bunun əsasında gələcək planlarını qurmağa imkanlar verməkdədir.
Marsın kənd təsərrüfatı
Marsın gələcəkdə məskunlaşdırılmasının tərəfdarlarını ilk növbədə qırmızı planetdə insanların ərzaqla təmin edilməsi məsələsi düşündürür. Ona görə də tədqiqatçılar tərəfindən Mars şəraitində yetişdirilə biləcək kənd təsərüfatı məhsulları sınaqdan çıxarılır. Bu müstəvidə də Niderlanddakı Vaqeninqen universitetinin alimləri Mars şəraitində yetişdirilə biləcək kənd təsərüfatı məhsullarını müəyyən ediblər. Alimlərin fikrincə Mars qruntunda pomidor, turp, çovdar və noxud yetişdirmək mümkündür. Belə bir nəticəyə gəlməzdən öncə alimlər NASA tərəfindən Mars şəratini xatırladan xüsusi ərazidə müxtəlif kənd təsərüfatı məhsullarının əkilməsini sınaqdan çıxarmışlar. Mars qruntunda yetişmək xüsusiyyətini isə məhz noxud, turp, çovdar və pomidor göstərmişlər. Mars qruntunda bəzi ağır metalların olmasına baxmayaraq, orada əkilən məhsullardan insanların istifadə etməsi zamanı bu, problemə səbəb olmayacaq.
Qırmızı planetdə müəmmalı təpələr
Marsın müşahidəsi zamanı hər dəfə onda nə isə müəmmalı hadisələr qeydə alınır. Bu baxımdan 2016-cı ilın fevral ayında “Mars Reconnaissance Orbiter” kosmik aparatı tərəfindən Marsda qəribə formalı qum təpələri aşkar edildi. Bu qum təpələrinin bəziləri böyük bir nöqtəni, bəziləri tirə işarəsini, bəziləri isə morze əlifbasını xatırladır. Hələlik alimlər bu qəribə, eyni zamanda olduqca müəmmalı olan təpələrin peyda olmasını Marsın səthində baş verən təbii hava proseslər, o gümlədən külək və ya qasırğa ilə əlaqələndirirlər. Amma əgər belədirsə, onda nə üçün yerində hərəkətsiz olaraq qalmaqda davam edən və nəhəng nöqtəni xatırladan qum təpələri küləyin və ya qasırğanın təsirinə məruz qalmırlar. Hələlik alimlər bu sirri açmağa çətinlik çəkirlər.
Mars mineralları tapmacası
2015-ci ildə Marsın səthini tədqiq edən “Kyusuriti” aparatı vasitəsi ilə əldə edilən nümunələr alimlər qarşısında yeni sualların ortaya çıxmasına səbəb oldu. Belə ki, “Kyusuriti” ilə əldə edilən yeni məlumatlardan məlum oldu ki, orada qatı qumdaşları argillitlər üzərində əmələ gəlib. Məlum olub ki, Mars qruntunda silisum üstünlük təşkil edir. Adətən silisium dioksidin yüksək konsentrasiyasının alınması üçün onun digər elementlərlə reaksiyaya girməsi lazımdır. Bunun üçünsə su lazımdır. Bu da alimlərin qədimlərdə Marsda həyat olması barədəki ehtimallarını daha da gücləndirib. Alimləri təəccübləndirən digər məsələ “Kyusiritı” tərəfindən daşdan götürülən nümunə də tridimit adlı mineralı olması oldu. Yerdə bu minerala təsadüfi hallarda rast gəlinir. Amma Marsda tridimitə hər yerdə rast gəlinir. Hələlik alimlərə tridimitin Marsda belə böyük həcmdə mövcud olmasının səbəbləri məlum deyil.
Marsın qədim sunamiləri
Alimləri maraqlandıran bir məsələ də Marsda okeanların olub-olmaması ilə bağlıdır. Marsın son tədqiqatları göstərir ki, onda vaxtı ilə okeanlar mövcud olub və səthində nəhəng sunamilər ağalıq edib. Marsda okeanların olmasını sübut edən fakt onların sahilyanı izlərinin olması ilə bağlıdır. Tədqiqatçı alim Aleks Rodrigesin fikrincə Marsda nəhəng sunamilərin hündürlüyü 120 metrə çatıb. Marsdakı kraterləri tədqiq edən alim belə hesab edir ki, onlarda su ola və milyonlarla il saxlanıla bilər.
Marsda su Arktikadakından çox olub
Alimlər arasında müyyən fikir ayrılıqlarına baxmayaraq Marsda vaxtı ilə nəhəng okeanların olması istisna edilmir. Əksər Mars tədqiqatçıları belə hesab edir ki, qırmızı plnanetdə Arktikadkından çox su olub. Marsda okeanların onun səthinin 19 faizini əhatə etdiyi ehtimal edilir. Hazırda Marsda suyun iki formada N2O və NDO (ağır su) olduğu qeyd edilir. Araşdırmalar zamanı məlum olub ki, Marsda baş verən müəmmalı, hələlik araşdırılması mümkün olmayan fəlakətlər nəticəsində onun su ehtiyatlarının 87 faizi yoxa çıxıb və ya daha dəqiq desək naməlum səbəblərdən buxarlanıb və atmosfer təbəqəsinin də böyük hissəsi sıradan çıxıb…
Əziz Mustafa