Azərbaycan millisi Belfastda qələbə qazansa..

0
623

Azərbaycan millisinin Şimali İrlandiya perspektivi bəlli olub. Apasport.az saytının məlumatına görə, yığmamızın DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirəcəyi növbəti qarşılamanın dəyəri açıqlanıb.

 

Noyabrın 11-də Belfastda keçiriləcək görüş FİFA reytinqindəki mövqeyimizə ciddi təsir edə bilər. Bu gün açıqlanan cədvəldə fantastik sıçrayışla, 404 xalla 88-ci olan komandamız irəliləyişini daha da davam etdirmək imkanına malikdi.

 

Robert Peosineçkinin yetirmələri Belfastda qələbə qazansa, reytinq xalımız 538-ə çatacaq.

 

134 xallıq qazanc yığma tarixinin ən yüksək pilləsinə qalxmaq imkanı verəcək. İndiki siyahıda 538 xal 65-ci yerdə olmaq imkanı yaradardı. Bu pillədə olan Trinidad və Tobaqonu (533) qoyub, Qvineyani (539) izləmək üçün yetərli olan xalın gələn ay fərqli təsiri də mümkündü. Lakin tarixində 73-cü yerdən yuxarını görməyən millinin rekordunu yeniləməsi istisna deyil.

 

Səfər heç-heçəsi aktivimizə 33 xal gətirəcək. 437 xal isə indiki siyahıda 82-ci yer üçün kifayət edərdi. Bu, 81-ci olan qrupdakı rəqibimiz Norveçi izləmək imkanı deməkdi.

 

Seçmə mərhələdəki ilk məğlubiyyət isə geriləməylə nəticələnəcək. Aktivi 386-ya qədər azalacaq komandamız uduzmaqla 18 xal itirəcək. Bu isə 1-2 pillə geriləməklə nəticələnəcək. İndiki cədvəldə bu qədər xalımız olsaydı, yalnız Bolqarıstan bizdən öndə olacaqdı və komandamız 89-cu yerdə qərarlaşacaqdı.

 

Qeyd edək ki, Belfastda baş tutacaq Şimali İrlandiya – Azərbaycan matçı “Vondzor Park”da keçiriləcək.

BIR CAVAB BURAXIN