İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb

0
516

 11

İndoneziyanın Açe əyalətində zəlzələ nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb.

 

APA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, 750 nəfər müxtəlif dərəcəli xəsarət alıb, onlardan 136-nın vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Təbii fəlakət nəticəsində öz evlərini tərk etməyə məcbur olan 3 200 nəfər xüsusi təxliyə mərkəzlərinə yerləşdiriliblər.

 

Xatırladaq ki, ötən gün İndoneziyada 6,4 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Sumatra adasının şimalında, ocağı isə 10 km dərinlikdə yerləşib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

nineteen − 14 =