Mey : Aİ-nin SSRİ ilə müqayisə edilməsi yolverilməzdir

0
509

Böyük Britaniyanın Baş naziri Tereza Mey Xarici işlər naziri Ceremi Xantın Avropa İttifaqını (Aİ) SSRİ ilə müqayisə etməsini pisləyib.

Mediainfo.az-ın verdiyi xəbərə görə, Tereza Mey BBC-yə açıqlamasında deyib ki, SSRİ ilə Aİ arasında hər hansı bir oxşarlıq yoxdur: ” Mən Aİ-dəki dəyirmi masada keçmiş SSRİ respublikalarının nümayəndələri ilə bir yerdə otururam, onlar indi demokratik ölkələrdir. Aİ-nin SSRİ ilə müqayisə edilməsi ümumiyyətlə yolverilməzdir”.

Xatırladaq ki, ötən gün Konservatorlar Partiyasının qurultayında çıxış edən Ceremi Xant Aİ-nin xalqlar həbsxanasına çevrildiyini deyərək onun SSRİ-nin səhvlərini təkrar etdiyini və qurumu tərk etmək istəyənlərə maneçilik törətdiyini  bildirmişdi.

 

 

BIR CAVAB BURAXIN