“Qəbələ” “qapını bərk çırpmaq” iddiasında

0
600

 

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin son oyunları baş tutacaq. Apasport.az saytının məlumatına görə, təmsilçimiz “Qəbələ” də mövsümdəki son görüşünə çıxacaq.

 

“Qırmızı-qaralar” səfərdə “Maynts”la qarşılaşacaqlar. Komandamızın bu oyunu formal xarakter daşıyır.

 

Həm ev sahibləri, həm də qonaqların qrupda qaldığı rəsmiləşdiyindən rəqiblər azarkeşlərini sevindirmək üçün meydana çıxacaqlar. Turnirin debütantı olan Bundesliqa təmsilçisi mövsümü qələbəylə başa vurmaq, Roman Qriqorçukun yetirmələri isə səfərdən ilk xalla dönməkdə iddialıdı.

 

Ardıcıl 6 avrokubok oyununda uduzan komandamız bu məğlubiyyətlərin beşini qrupda alıb. Yarışın tarixinə qrupu xalsız başa vuran 4-cü komanda kimi düşməmək üçün “Qəbələ” antirekorda imkan verməməlidi.

 

Məhsuldarlığı kifayət qədər qənaətbəxş olan əyalət klubu “Böyük beşlik” klubundan səfərdə xal almaq üçün müdafiədə daha etibarlı olmalıdı. III təsnifat mərhələsinin “Lill”lə Fransadakı görüşündə heç-heçəyə nail olan “qırmızı-qaralar” “Böyük beşlik” təmsilçisindən səfərdə xal almağın, evdəki matçda isə qalib gəlməyin mümkünlüyünü göstərmişdi.

 

Bu qələbə sonuncu pillədən qurtulmaq üçün yetərli olmayacaq. Lakin daxili arenada keçiriləcək ilin son matçları öncəsi müsbət əhval-ruhiyyə yaranmasına səbəb olacaq. Premyer Liqada liderliyin hakim səhvləri üzündən əldən verilməsindən sonra avrokuboklardakı uğur da zəruridi.

 

Avropa Liqası

Qrup mərhələsi

VI tur, 8 dekabr

 

C qrupu

22:00. “Maynts” (Almaniya) – “Qəbələ”

Baş hakim: Simon Li Evans
Baş hakimin köməkçiləri: Qaret Uin Cons, Luis Ross Edvards

Əlavə köməkçi hakimlər: Brayn Markam-Cons, Nik Pratt

Dördüncü hakim: Daniel Bekkett (hamısı Uels)
Hakim-inspektor: Are Habiş (Estoniya)
UEFA nümayəndəsi: İmon Nauqton (İrlandiya)

Maynts. “Maynts Arena” stadionu

 

1

“Anderlext”

5

3

2

0

14-5

11

2

“Sent-Etyen”

5

2

3

0

5-3

9

3

“Maynts”

5

1

3

1

6-10

6

4

“Qəbələ”

5

0

0

5

5-12

0

BIR CAVAB BURAXIN