Hindistan ABŞ-dan 740 milyon dollarlıq silah alacaq

0
553

 

ABŞ tədricən Hindistanın hərbi bazarını Rusiyanın əlindən almağa başlayıb. “Yeniavaz.com”saytının “CA-Nevvs” agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ-Hindistan hərbi əməkdaşlıq qrupunun 15-ci forumunda iki ölkə arasında 740 milyon dollarlıq silah alqı-satqısı barədə anlaşma imzalanıb. Anlaşmaya əsasən ABŞ Hindistana 145 ədəd qaubits (yüngül top) satacaq. Yaxın bir il ərzində ABŞ həmin qaubitsləri Hindistan ordusunun sərəncamına verəcək. Bundan əlavə ABŞ Hindistana gələn ildən başlayaraq 10 milyard dollar həcmində yeni müasir hava hücumundana müdafiə sistemləri, o cümlədən “F-35” -lər satmağı planlaşdırır. Bununla bağlı hazırda hər iki dövlətin müdafiə nazirləri səviyyəsində müvafiq məsləhətləşmələr aparılır. Əgər tərəflər ABŞ-ın Hindistana 10 milyard dollar həcmində müasir hava hücumundan müdafiə sistemləri satması barədə razılığa gəlsələr, onda, bu Pentaqonun Hindistan bazarında daha da möhkəmlənməsi və oradan Rusiyanı sıxışdırıb çıxarması demək olacaq. Qeyd edək ki, son illərə kimi Rusiya silahlarını ən böyük alıcısı Hinidstan idi. Lakin ABŞ tədricən Hindistan bazarında Rusiyanı sıxışdırmağa başlayıb. Buna da səbəb Rusiya silahlarına nisbətən ABŞ hərbi texnikasının daha yüksək keyfiyyətə malik olmasıdır.

BIR CAVAB BURAXIN