Avstriyanın yeni prezidenti o seçildi

0
417
 11

Dekabrın 4-də Avstriyada keçirilən təkrar prezident seçkilərində Yaşıllar partiyasının keçmiş rəhbəri, müstəqil namizəd Aleksander Van der Bellen qələbə qazanıb.

Yerli vaxtla saat 17.00-da bütün seçki məntəqələri bağlandıqdan sonra ilkin nəticələr elan edilib.

İlkin nəticələrə görə, Aleksander Van der Bellen 53,4 faiz səs toplayıb. 65,3 faiz səs artıq sayılıb və A. Van der Bellen ölkənin bir çox əyalətlərində rəqibi – sağçı-radikal Avstriya Azadlıq Partiyasının namizədi Norbert Hoferdən (46,6 faiz) öndədir. Buna görə də analitiklər məktubla səs vermiş seçicilərin rəyinin yekun nəticəyə ciddi təsir etməyəcəyini bildiriblər. (AzərTAc)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

11 + eight =