FİFA-dan ŞOK qərar: Türk klubunun 12 xalı silindi

0
555

FİFA Nizam İntizam Komitəsinin qərarı ilə Türkiyə I Liqa klublarından “Elazığspor”un 12 xalı silinib. Apasport.az saytının məlumatına görə, bu barədə klubun vitse-prezidenti yerli mətbuata açıqlama verib.

 

Klub rəsmisinin bildirdiyinə görə, Ali futbol qurumunun bu qərarında əsas səbəb Elazığ təmsilçisinin Fabio Bilikaya və Fransanın “Soşo” klubuna olan borclarının ödəməməsi olub.

 

Bu cəzadan sonra xal ehtiyatı -2 olan sözügedən komanda turnir cədvəlinin zirzəmisinə yuvarlanıb.

BIR CAVAB BURAXIN