“Ermənistana keçən qadın özünü falçı kimi təqdim edib”

0
625

Ötən gün Azərbaycan-Ermənistan sərhədini pozaraq qarşı tərəfə keçən 1977-ci il təvəllüdlü Zöhrə Vardzor qızı Vəliyeva barəsində yeni məlumatlar ortaya çıxıb. ANS PRESS-in məlumatına görə, onun Tovuz rayonunun Yanıqlı kənd sakini olması barədə Ermənistan mətbuatı məlumat yaysa da bu, öz təsdiqini tapmayıb.

Tovuz sakini azərbaycanlı qadın Ermənistan tərəfə keçdi

Yanıqlı kənd sakinləri bildiriblər ki, həmin qadının onların kəndi ilə heç bir əlaqəsi yoxdur: “Bu qadın nəinki Yanıqlı, heç Tovuz rayonunun sakini də deyil. Bir neçə gün bundan əvvəl bizim kəndə gəldi və özünü falçı kimi təqdim etdi. Onun həm xarici görünüşündən, həm də hərəkətlərindən ruhi xəstə olduğu hiss edilirdi. O, Azərbaycan dilində danışırdı. Həm də bizə özünü Zöhrə kimi yox, Telli kimi təqdim edib”, – deyə kənd sakinləri bildirdilər.

Hazırda yerli sakinlərin ilkin ehtimalı ondan ibarətdir ki, bu qadın Ermənistan tərəfə Yanıqlıdan yox, Gədəbəy istiqamətindən keçib. Çünki Yanıqlı kəndindən Gədəbəyin Şınıx kəndinəavtobus xətti işləyir və həmin kənddən qarşı tərəfə keçmək nisbətən asandır. Ona görə qadının həmin ərazidən qarşı tərəfə keçdiyi barədə ehtimallar daha yüksəkdir.

“Əslində bizim Yanıqlı kəndindən də Ermənistan tərəfə keçmək mümkündür. Ancaq buradan sərhədin daha çox dağlıq ərazidə olduğu və havanın da yağıntılı olduğu, bu şəxsin isə qadın olması nəzərə alındıqda bu ehtimal özünü doğrultmur. Çünki həmin relyefin belə havada bir qadın tərəfindən aşılması fiziki cəhətdən mümkün deyil”, – deyə sakinlər bildirdilər.

Ötən gün  Azərbaycan vətəndaşı olan qadın sərhədi pozaraq Ermənistana keçib. Bu barədə “NEWS.am” saytına Ermənistanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Armen Kaprielyan bildirib.

A. Kaprielyan bildirib ki, Z. Vəliyeva ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin İrəvan nümayəndəliyinə məlumat verilib.

“İyunun 7-də Azərbaycan-Ermənistan sərhədinin Mehrab istiqamətində Azərbaycan vətəndaşı, Tovuz rayonunun Yanıqlı kənd sakini, 1977-ci il təvəllüdlü Vəliyeva Zöhrə Vardzor qızı Ermənistan tərəfə keçib”, – deyə o bildirib.

Hazırda Z.Vəliyeva barəsində əlavə məlumatların toplanması və onun erməni tərəfə hansı şəraitdə keçməsi ilə bağlı dəqiqləşdirilmələr aparılır.

BIR CAVAB BURAXIN