Azərbaycanda 221 nəfər “Xalq” , 2 517 nəfər isə “Əməkdar” artist var

0
577
Bu ilin oktyabrın 1-dək Azərbaycanda “Xalq” və “Əməkdar” fəxri adlarına görə təqaüd təyin olunan şəxslərin sayı açıqlanıb.
Arazinfo.com-un Moderator.az -a istinadən xəbərinə görə, Dövlət Statistika Komitəsindən “Report”a bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun məlumatlarına əsasən, 221 nəfər “Xalq” fəxri adına görə, 2 517 nəfər isə “Əməkdar” fəxri adına görə təqaüd alır.
Qeyd edək ki, “Xalq” fəxri adına görə 100, “Əməkdar” fəxri adına görə isə hər ay 60 manat ödənilir.

BIR CAVAB BURAXIN