Ermənistanda köç dəhşəti yaşanır – Erməni deputat

0
676

Qarabağ Ermənistanda miqrasiyanı artıran əsas səbəbdir.

Arazinfo. com axar.az-a istinadən xəbər verir ki, bunu “Vestnik Kavkaza” saytına müsahibəsində erməni deputat Naira Zoqrabyan söyləyib.

“Ermənistanın boşalması aydın faktdır. Bu barədə bizim Çiçəklənən Ermənistan Partiyası dəfələrlə deyib. Bu, bizim ölkənin iqtisadi problemləri, işsizlik və yoxsulluğun artması ilə bağlıdır. Ermənistanı hazırda əmək qabiliyyəti olan gənc insanlar burada iş tapa bilmədiklərinə görə tərk edirlər. Yoxsulluq 30%-dir və bu, sadəcə rəsmi statistikadır, əslində isə bu göstərici daha çoxdur. Belə ki, Ermənistan nadir ölkələrdəndir ki, burada işləyən yoxsullar var. İnsan işləyir, amma əvəzində elə kiçik maaş alır ki, bununla nə özünü, nə də ailəsini təmin edə bilir. Təqaüdlər də çox aşağıdır. Əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə rəğmən qiymətlər artır. Yəni insanlar artıq heç nə ala bilmirlər. Ölkədə benzinin qiymətinin artımından sonra tərəvəz də bahalaşıb. Hökumət bunu Rusiyanın ayağına yazır, amma Rusiyada benzin 10% artıb, Ermənistanda isə 40-50%. Bu qəbuledilməzdir.

Biz dəfələrlə demişik ki, iqtisadiyyatda oyun qaydalarına radikal dəyişikliklər edilməlidir. Ona görə ki, iqtisadiyyat hazırda monopoliyadadır. Hökumətin dediyi 6%-lik iqtisadi artım sadəcə kağız üzərindəki rəqəmlərdir. Belə artım halında yeni iş yerləri açılmalı, işsizlik və yoxsulluq səviyyəsi aşağı düşməlidir.

Qarabağ konflikti də Ermənistandan miqrasiyasını artırır. Konfliktin davam etməsi miqrasiyaya böyük təsir göstərir. Bu bizim üçün çox ağrılı məsələdir. Burada əsas problem cəbhəyə göndərilmə məsələsindəki bərabərsizlikdir. Əgər adi vətəndaş əmin olsa ki, ön cəbhədə onunla bərabər deputat və nazir oğlu dayanacaq, o zaman miqrasiya bu qədər dəhşətli olmazdı”, – deyə o bildirib.

BIR CAVAB BURAXIN