Sorosun evində partlayıcı qurğu tapılıb

0
484

Tanınmış maliyyəçi Corc Sorosun bağ evində partlayıcı qurğu aşkar edilib.

Mediainfo.az-ın verdiyi məlumata görə, bu barədə Nyu-York Tayms qəzeti yazıb. Dərhal hadisə yerinə mina zərərsizləşdirən qrup çağrılıb. Partlayıcı qurğu uzaqdan idarə edilən aparatla partladılıb. Hələlik partlayıcı qurğunun tipi və gücü barədə məlumat verilmir. Hadisə vaxti Sorosun evdə olub-olmaması da məlum deyil. Xatırladaq ki, Corc  Soros dünyanın ən varlı adamlarından biridir. Forbes  tərəfindən onun sərvəti 25 mlyard dollar hesab edilir. Tramp prezident seçkilərində qalib gəldikdən sonra Soros demişdi ki, ABŞ mafioz dövlətə, Tramp isə diktatura tərəfdarına çevrilir.

BIR CAVAB BURAXIN