Pentaqon Yaxın Şərqə əlavə 3 min əsgərin göndərilməsini təsdiqləyib

0
326

ABŞ Müdafiə Nazirliyi Yaxın Şərqə əlavə qoşun göndərilməsini təsdiqləyib.

APA “Reuters”ə istinadən xəbər verir ki, bölgəyə göndərilən əsgərlərin sayı təxminən 3 min nəfər olacaq.

“CNN”-in verdiyi məlumata görə, 82-ci Hava Hücum Diviziyasının briqadalarından birinin hərbi heyəti Yaxın Şərqə göndəriləcək, briqadanın 750-yə yaxın əsgəri artıq bölgəyə yerləşdirilib.

“Prezident Tramp administrasiyası Konqresə Yaxın Şərqdə apardığı strategiya barədə məlumat verməlidir. Bu bölgəyə əlavə hərbi kontingentin göndərilməsi vəziyyətin kəskinləşməsini göstərir və belə bir addım ABŞ Konqresi tərəfindən təsdiqlənməyib. Administrasiya Yaxın Şərqə qoşun göndərməklə bağlı qərarını hansı kəşfiyyat məlumatları əsasında verməsi ilə bağlı Konqresə məlumat vermək məcburiyyətindədir”, – senator Bob Menendes qoşun göndərilməsi ilə bağlı məlumatı “CNN”-ə şərh edərkən belə deyib.