Avropa güclü dövlətlər qarşısında zəiflik nümayiş etdirməməli, onlara öz gücünü göstərməlidir.
Arazinfo. com-un verdiyi xəbərə görə, bu sözləri Fransa prezidenti Emmanuel Makron Almaniya Bundestaqındakı çıxışında bildirib. Onun sözlərinə görə, güclü Avropa dünyanın xaosa bürünməsinə imkan verməməlidir: ” Fransa-Almaniya cütlüyü və onların Avropadakı müttəfiqləri kifayət qədər güclü olmalıdır və beynəlxalq aləmdə öz iradələrini nümayiş etdirməlidirlər”.