Netanyahu İsraildə dövlət çevrilişi barədə danışdı

0
550
 

İsrailin baş naziri Benyamin Netanyahu İsraildə arxasında bir sıra müxalifətçi və nüfuzlu müxalifətçilərin dayandığı dövlət çevrilişi cəhdləri barədə danışıb. Bu cür reaksiyanı o, polis tərəfindən bir neçə saat dindirildikdən sonra verib.

Netanyahu işgüzar dairələrdən bahalı hədiyyələrin alınmasında və ölkənin ən iri nəşriyyat evlərindən olan “Yediot Ahronot”un sahibi ilə danışıqların aparılmasında ittiham edilir. Həmin nəşriyyat evi ilə danışıqlarda baş nazirin hökumətin fəaliyyətinin müsbət işıqlandırılmasını xahiş etdiyini, bunun əvəzində isə nəşriyyat evinin əsas rəqibi olan gündəlik “İsdrael ha-Yom” pulsuz qəzetinin imkanlarını məhdudlaşdıracaq qanunun qəbul ediləcəyini söz verməsi bildirilir.

Polis Netanyahunun dindirildiyini təsdiqləyib. Bu, baş nazirin sayca artıq beşinci dindirilməsidir.

BIR CAVAB BURAXIN