DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında V turun növbəti oyunları keçiriləcək

0
654

Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında V turun növbəti oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə A, B və H qruplarındakı komandalar üz-üzə gələcəklər.

 

A qrupunda iddialılar nisbətən asan sınağa çıxacaq. Fransa Lüksemburq səfərinə yollanacaqsa, Hollandiya Bolqarıstanı onun meydanında sınağa çəkəcək. İsveç isə Belarusu qəbul edəcək.

 

B qrupunda isə lider İsveçrənin izləyiciləri Portuqaliya ilə Macarıstan münasibətlərinə aydınlıq gətirəcəklər. İsveçrə özü isə Latviyanı qəbul edəcək.

 

H qrupunda mərkəzi oyunda Belçika ilə Yunanıstan görüşəcək.

 

DÇ-2018-in seçmə mərhələsi

Avropa zonası, V tur

25 mart

 

A qrupu

21:00. İsveç – Belarus

23:45. Lüksemburq – Fransa

23:45. Bolqarıstan – Hollandiya

 

1 Fransa 4 3 1 0 7-2 10
2 Hollandiya 4 2 1 1 8-4 7
3 İsveç 4 2 1 1 6-3 7
4 Bolqarıstan 4 2 0 2 6-10 6
5 Belarus 4 0 2 2 2-6 2
6 Lüksemburq 4 0 1 3 5-9 1

 

B qrupu

21:00. Andorra – Farer adaları

21:00. İsveçrə – Latviya

23:45. Portuqaliya – Macarıstan

 

1 İsveçrə 4 4 0 0 9-3 12
2 Portuqaliya 4 3 0 1 16-3 9
3 Macarıstan 4 2 1 1 8-3 7
4 Farer adaları 4 1 1 2 2-8 4
5 Latviya 4 1 0 3 2-8 3
6 Andorra 4 0 0 4 1-13 0

 

H qrupu

21:00. Bosniya və Herseqovina – Cəbəllütariq

21:00. Kipr – Estoniya

23:45. Belçika – Yunanıstan

 

1 Belçika 4 4 0 0 21-1 12
2 Yunanıstan 4 3 1 0 9-2 10
3 Bosniya və Herseqovina 4 2 1 1 8-5 7
4 Kipr 4 1 0 3 3-8 3
5 Estoniya 4 1 0 3 5-15 3
6 Cəbəllütariq 4 0 0 4 2-17 0

 

BIR CAVAB BURAXIN