Seçkilərdə qələbə qazansa, məscidləri yandıracaq

0
537

Son illər Avropada keçirilən seçkilər ərəfəsində irqçilik, ksenofobiya və islamofobiyanın artması müşahidə olunur. Bu meyllər Niderlandda daha qabarıq şəkildə özünü göstərir.

Niderlandın İfrat sağçı, irqçi və şovinist Azadlıq Partiyası ənənəsinə sadiq qalaraq martın 21-də keçiriləcək seçkilərə islam əleyhinə vədlərlə gedir.

Gert Vildersin lideri olduğu Partiyanın Utrext şəhərinin bələdiyyə məclisinin üzvlüyünə namizədi Haenk van Deun seçki vədi olaraq məscidlərin yandırılaraq dağıdılmasını elan edib. O, ölkədəki bütün məscidlər kimi Utrextdəki Ulu Məscidinin də yandırılıb dağıdılmasına çağırış edib.

Lakin seçki vədinin sosial şəbəkələrdə kəskin etirazla qarşılanması Azadlıq Partiyasını geri addım atmağa məcbur edib. Deun sözlərinin səhv başa düşüldüyünü deyib və “yandırılaraq dağıdılması”nı deyil, bağlanılmasını istədiyini bildirib.

Qeyd edək ki, son illərdə Avropa ölkələrində məscidlərə hücumlar adi hal alıb. 2015-2016-cı ildə Avropada 356 məscidə hücum olub. Bir çox məscid yandırılıb, bəzilərinin qapılarına donuz başı qoyulub, bəzilərinin divarına xaç şəkli çəkilib.Publika.az

BIR CAVAB BURAXIN