Ordu daxili siyasi sabitliyin qorunmasına cəlb edilir

0
688
In this Saturday, Aug. 2, 2014, photo a convoy of Azerbaijan's Army tanks moves in the direction of Agdam, Azerbaijan. Recent days have seen a sharp escalation in fighting between Azerbaijan and Armenia around a tense line of control around Nagorno-Karabakh. (AP Photo/Abbas Atilay )
)

Azərbaycan Silahlı Qüvvələrinə ölkə daxilində siyasi sabitliyi, ictimai asayişi və daxili ictimai təhlükəsizliyi təmin etmək həvalə olunur. Bu, yenidən hazırlanmış “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin 4-cü (Silahlı Qüvvələrin əsas vəzifələri) maddəsində əks olunub.

Maddədə bildirilir ki, Silahlı Qüvvələr ölkədə daxili siyasi sabitliyin, Konstitusiya quruluşunun, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində iştiak edir.

Silahlı Qüvvələrin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsi Milli Məclisin qərarına əsasən həyata keçiriləcək. Bu barədə “Silahlı Qüvvələr haqqında” yeni hazırlanmış qanun layihəsinin 13-cü maddəsinin (Silahlı Qüvvələrin hərbi qulluqçuları tərəfindən hərbi xidmət vəzifələrinin icrası) 13.3-cü bəndində qeyd edilib.

Yeni qanun layihəsində bildirilib ki, Silahlı Qüvvələrin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsi müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisin qərarına əsasən həyata keçiriləcək.

Qeyd edək ki, hazırki “Silahlı Qüvvələr haqqında”  qanunun 2-ci maddəsində göstərilib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri öz təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisinin qərarına əsasən cəlb oluna bilərlər.

Qanun layihəsi Milli Məclisin dekabrın 15-də keçriləcək iclasında ikinci oxunuşda müzakirə ediləcək.Apa

sq-1-15108345751513163863

 

BIR CAVAB BURAXIN